Hikmət Hacıyev: “Erməni separatçılarının lideri ağır yaralanıb”

0

“Ordumuzun dəqiq zərbəsi nəticəsində Dağlıq Qarabağdakı erməni separatçılarının “rəhbəri” Araik Aratyunyan ağır yaralanıb”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Araik Aratyunyan, sən ön xətdə deyilsən, bunkerdə gizlənmişdin. Azərbaycan silahlı qüvvələri sən bunkerdə də tapdılar. Dəqiq endirilmiş zərbə nəticəsində Araik Aratyunyan ağır şəkildə yaralıdır. Gəncəyə görə, Azərbaycanın digər şəhərlərinə qarşı törədilmiş bu cinayətin cəzasını aldın. Sənin kimi digər hərbi cinayətkarlar da, müharibə cinayətkarları da öz layiqli cəzalarını alacaqlar”, – H.Hacıyev vurğulayıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMRƏ ZİYARƏTLƏRİ YENİDƏN BAŞLADI

Təxminən 6 aydır qlobal pandemiya səbəbindən dayandırılan Ümrə ziyarəti yenidən başladı. Bu barədə Məscidi-Haram və Məscidi-Nəbəvi komitəsinin sosial şəbəkədəki rəsmi...

Bağla