“Ermənistan silahlı qüvvələri tərəfindən atılan təxribat xarakterli addımlar nəticəsində 20-dən artıq azərbaycanlı mülki şəxs həlak olub, 50-dən artıq mülki şəxs yaralanıb”.
Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan mülki şəxsləri, obyektləri hədəf almağa davam edir:
“Lakin buna baxmayaraq, ölkəmizin vətəndaşları, xüsusilə də təmas xəttində yaşayan əhali mətinlik göstərərək, Ermənistanın təxribatları qarşısında öz qətiyyətlərini bir daha nümayiş etdirirlər”.