Hindistanda yaşayan müsəlmanlar məruz qaldıqları təzyiq və zorakılıqlar səbəbindən bu ölkəni tərk eləmək istəyirlər. Bu barədə danışan kəşmirli din xadimi Nasirul-İslam müsəlmanların artıq buddistlərə eyni şəhərdə yaşamalarının mümkün olmadığını deyib. İslam Hindistanda hindlilər və buddistlərlə birlikdə yaşamağa məcbur olan müsəlmanların hər iki dinin mənsubları tərəfindən təzyiq, zorlama və cinayətlərə məruz qaldıqlarını, bu səbəblə də fərqli şəhərlərdə yaşamalarının zəruri olduğunu deyib.
“Müsəlmanlar Hindistanda yazıq vəziyyətdə yaşayırlar. Kasıb həyatla yanaşı təzyiqlər, hücumlar və qətliamlarla üzləşirlər. Bu problemin həlli başqa bir bölgə və ya başqa bir ölkədir.”
Din xadimi Hindistanda ikinci ən böyük dini icmanın İslam olduğunu, buna baxmayaraq ən çox zülmə məruz qalanların müsəlmanlar olduğunu vurğulayıb.
Müsəlmanların xüsusilə inək əti səbəbindən tez-tez hücumlara məruz qaldığını deyən Nasirul-İslam, bu vəziyyətin ölkəni fəlakətə sürüklədiyini qeyd edib.
İslamın bu fikirləri açıqlaması ölkədə siyasi qalmaqala səbəb olub. Bir çox insan onun bölücü çıxışlar etdiyini irəli sürərək istefasını tələb edib. Müsəlmanlar isə onun bu fikirlərinə dəstək veriblər.
Xəbər: Şirəli MƏMMƏDOV