HİNDİSTAN MÜSƏLMANLARININ MƏRUZ QALDIĞI ZORAKILIĞA GÖRƏ BMT-YƏ MÜRACİƏT EDİLİB

0

Ümumdünya Müsəlman Alimlər Şurası, Hindistanda müsəlmanlara istiqamətlənmiş zorakılıq hallarına müdaxilə etməsi üçün BMT-yə müraciət edib. Bu məqsədlə təşkilatın baş katibi Əli Muhyiddin Qaradağinin imzası ilə şura yazılı bəyanat yayıb.  

“Hindistanda xüsusilə də Assam əyalətində müsəlmanların məruz qaldıqları zorakılıq, qətl, dini azadlıqlarına, hüquqlarına və ictimai həyatlarına istiqamətlənmiş zülm və yaşadıqları yerdən məcburən çıxarılmalarını pisləyirik. Bu cür hallar beynəlxalq konvensiyalara, insan fitrətinə və bütün ilahi dinlərin qaydalarına ziddir. BMT ilə müsəlman və ərəb ölkələrini “bəşəriyyətə qarşı müharibə cinayəti” təşkil edəcək bu halların qarşısını almaq üçün addım atmaqlarını tələb edirik. Hindistan hökumətindən isə müsəlman etniklərin bütün dini və ictimai hüquq və azadlıqlarına hörmətlə yanaşılmasını istəyirik.” – deyə bəyanatda bildirilib.

Assam mətbuatının məlumatına görə, dövlətə aid ərazilərdə tikildiyi iddia edilərək 20 min müsəlman yaşadığı evdən köçməyə məcbur edilib.

Təqribən 172 milyon müsəlmanın yaşadığı Hindistan, dünyada müsəlman etniklərin ən çox olduğu ölkə sayılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR ŞƏHƏRİNDƏ ÇÖRƏK BİŞİRMƏ SEXİ AÇILIB – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə hərbi şəhərciklərin və digər...

Bağla