HINDISTANDA MÜSƏLMAN ƏHALININ SAYI 172 MİLYON OLUB

0

Son aparılan tədqiqatlara görə Hindistandakı bütün dini qrupların doğuş nisbətində azalma olub. Ölkənin 1.2 milyardlıq əhalisinin 94%-i hindlilər və müsəlmanlardan, 6%-i isə xristianlar, sihlər, buddistlər və caynlardan ibarətdir.

BBC-nin xəbərinə görə, müstəqillik əldə etdikdən sonra Hindistanda ilk dəfə əhalinin qeydiyyata alınması 1951-ci ildə baş tutub. Bu vaxt Hindistanın əhalisi sadəcə 361 milyon olub. Sonuncu dəfə əhali 2011-cildə qeydiyyata alınıb və bu vaxt sayları 1.2 milyarddan çox olub.

Bu dövr ərzində hindlilərin sayı 304 milyondan 966 milyona, müsəlmanların sayı 35 milyondan 172 milyona, xristian hindlərin sayı isə 8 milyondan 28 milyona qədər artıb.

Hesabata görə böyük dini qruplar arasında doğuş nisbəti müsəlmanlarda hər qadına 2.6 uşaq, hindlilərdə 2.2 uşaq, caynlarda isə 1.2 uşaqdır.

Hind qadınlarda uşaq ortalaması 1990-ci ildən 2015-ci ilə qədər 3.4 uşaqdan 2.2 uşağa düşüb, müsəlmanlarda isə bu rəqəm 4.4-dən 2.6-ya qədər azalıb.

Buna baxmayaraq müsəlmanların ümumi əhali sayındakı payı 4 bal artıb, hindlilərin payı isə etni nisbətdə azalıb. Digər dini qrupların artımı isə stabil olub.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV: “AZƏRBAYCANDA ARTIQ DAĞLIQ QARABAĞ ADINDA İNZİBATİ ƏRAZİ VAHİDİ YOXDUR”

"Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı"....

Bağla