HİNDİSTANDA MÜSƏLMANLARIN BİRLİKDƏ İBADƏTİNİ YASAQLAYAN QƏRAR LƏĞV EDİLDİ

0

Hindistanın şimal hissəsində yerləşən Qyanvapi məscidində müsəlmanların toplaşmasını və kütləvi ibadət etmələrini yasaqlayan qərar ləğv edilib.

Yerli mətbuatın xəbərinə görə, Hindistan ali məhkəməsi, müsəlmanların əleyihndə hökm verən yerli instansiya məhkəməsinin bu qərarını ləğv edib.

Ali məhkəmə müsəlmanların ibadət hüquqlarının toxunulmaz olduğunu və həmçinin hindistanlılara aid olduğu deyilən ərazinin mühafizə edilməli olduğunu qeyd edib.

Qeyd edək ki, ötən gün yerli instansiya məhkəməsi Qyanvapi məscidində 20-də çox müsəlmanın toplaşmasını yasaqlayan qərar qəbul etmişdi.

Yasağa səbəb kimi məscidin yerində daha əvvəl yerli dinlərə aid məbəd olması və şiva “tanrısına” aid simvolların tapılması iddiaları göstərilmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏRDƏ MÖVQELƏRİMİZ İNTENSİV ATƏŞƏ TUTULUB

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub. Ermənistan silahlı...

Bağla