Hindistan Qərbi Benqal əyalətinin Asansol bölgəsində oğurluq şübhəsi ilə polis tərəfindən saxlanılan müsəlman əslli 21 yaşlı Arnan Xan dünyasını dəyişib.
Arnanın taleyi ilə maraqlanmaq üçün gedən ailəsinə polis bölməsindən oğullarının xəstə olduğu xəstəxanaya aparıldığı deyilib.
Xəstəxanadan gənc oğlanın ölümü narədə xəbər verildikdən sonra bölgədəki müsəlmanlar hiddətlənərək küçələrə çıxıblar. Arnan Xanın saxlanıldığı polis bölməsinə hücum edən izdiham polis binasını daşa basıb və binanın önündəki maşınları yandırıb. Polis insanlara göz yaşardıcı qazla müdaxilə edib.
Polis rəsmiləri isə hadisə ilə əlaqəsi olan 2 polis işçisinin tutduqları vəzifədən kənarlaşdırıldığını bildirib.
Anadolu agentliyi