Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq

0

Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayaraq həyata keçirəcək.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda qeyd olunub.

Xatırladaq ki, 2023-cü il noyabrın 10-da İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAŞLIBEL QƏTLİAMINDAN 31 İL ÖTÜR

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür....

Bağla