Hollandiyada “Milli Görüş Federasiyası”na bağlı Amsterdam Ayasofiya məscidi hücuma məruz qalıb. Bu barədə açıqlama yayan federasiyanın idarə heyəti məscidin pəncərələrinin pivə şüşələri ilə sındırıldığını bildrib. Ölkədə nifrət cinayətlərinin və irqçi hücumların çoxaldığının bildirildiyi açıqlamada, bunun Ayasofiya məscidinə ikinci hücum olduğu qeyd edilib.
Federasiya rəhbərliyi çoxalan hücumlar səbəbindən məscidin və möminlərin təhlükəsizliyinə görə qayğılandıqlarını deyib, təhlükəsizlik qüvvələrindən və ölkə rəhbərliyindən ayrı-seçkilik edilmədən bu cür hücumlara qarşı olmaları istənib.
Xatırladaq ki, Amsterdam Ayasofiya məscidi 2020-ci ilin dekabr ayında da hücuma məruz qalmışdı.