HOLLANDİYADA “BUYURUN MƏN MÜSƏLMANAM” TƏDBİRİ KEÇİRİLİB – FOTO

0

Hollandiyanın bir çox şəhərində “İslam İcması Milli Görüş Təşkilatı”nın (IGMG) təşkilatçılığı ilə “Buyurun mən müsəlmanam” tədbiri keçirilib.

Xüsusilə böyük şəhərlərdə keçirilən tədbirdə 100 könüllü, 10 min iştirakçıya qızıl gül və İslam dini barədə məlumatların olduğu buklet paylayıb.

IGMG Hollandiya bölgəsinin sədri Mustafa Aktalan hədəflərinin müsəlman və qeyri-müsəlmanlarla əlaqələri qüvvətləndirmək, İslam barədə məlumatları yaymaq olduğunu deyib.

Bu tədbiri bütün Avropada keçirdiklərini deyən Aktalan, fürsətdən istifadə edərək qeyri-müsəlmanları 28-29 mayda keçiriləcək “Məscidlərdə açıq qapı” günü münasibəti ilə məscidlərə dəvət etdiklərini bildirib.

Bu tədbir bəzi yerlilər tərəfindən də rəğbətlə qarşılanıb.

Resim

Resim

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSIZ BIZNESMEN MÜSƏLMANLARDAN ÜZR İSTƏDİ

Fransada duru yağ qıtlığımım səbəbi kimi müsəlmanları göstərən “Leclerc” mağazalar şəbəkəsinin sahibi Mişel Eduard Leklerk müsəlmanlardan üzr istəyib. Leklerk iştirak...

Bağla