Hollandiyada koronovirusla mübarizə tədbirləri çərçivəsində bütün ölkədə cümə namazının qılınması dayandırıldı. İslamveirfan.com xəbər verir ki, bu barədə “Hollandiya-Türk Federasiyası” yazılı bəyanat yayıb.
“Koronavirusun yayılmasının qarşısını almaq üçün Hollandiya hökumətinin qəbul etdiyi qərar istiqamətində və digər Türk quruluşlarıyla aparılan məsləhətləşmələrdən sonra, “Hollandiya-Türk Federasiyası”na bağlı məscidlərdə cümə namazı qılınmamasına qərar verilib. Bu qərarımız verəcəyimiz növbəti elana qədər qüvvədədir.” – deyə federasiyanın bəyanatında bildirilir.