Hollandiyada İslamofob hücumlara cavab olaraq Qurani-Kərim paylanılıb

0

Hollandiyada Qərbin İslamlaşmasına Qarşı irqçi və ifrat sağçı Vətənpərvər Avropalılar hərəkatının lideri Edvin Vaqensveldin Qurani-Kərimə hücumuna reaksiya olaraq şəhərin mərkəzində hollandca tərcüməsi ilə Qurani-Kərim paylanıb.

Hollandiyanın Arnhem şəhərində 6 məscid fvəqfinin əməkdaşları yanvarın 13-də ifrat sağçı Vaqensveldin Qurani-Kərimi yandırmağa cəhd etdiyi Yansplein meydanında “Yandırma, oxu” adlı tədbir təşkil edib.

Tədbirdə meydandan keçənlərə pulsuz Qurani-Kərimin hollandca tərcüməsi ilə İslam dini haqqında broşürlər paylanılıb. İslam dininin izah edildiyi tədbirdə əlavə olaraq şirniyyat da təqdim olunub.

 

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başlayıb

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb....

Bağla