Amesterdam bələdiyyəsinin hazırlatdığı hesabata görə Hollandiyada vizual mühitdə və iş yerlərində müsəlmanların təzyiqlərə və nifrət nitqlərinə məruz qalması halları çoxalıb.
“Avropa Aralıq dənizi Miqrasiya və İnkişaf Mərkəzi”nin (EMCEMO0 hazırladığı hesabata görə intensivləşən islamofobiya halları artıq ölkədə adi hala çevrilib.
Hesabatda, şəhərdəki müsəlmanların iş həyatlarında və mətbuatda tez-tez islamofobik təzyiqlərə və nifrət nitqlərinə məruz qaldıqları bildirilib. Bu halın getdikcə normal hala gəldiyi, müsəlmanların hər gün daha çox təzyiqə məruz qaldıqları qeyd edilib.
Həmçinin bildirilib ki, müsəlmanlar geyimləri və saqqalları səbəbilə ayrı-seçkiliyə məruz qalırlar, onların iş və staj üçün müraciətləri qəbul edilmir.
haber7.com