HOLLANDİYADA “QURANİ-KƏRİM”Ə ÇİRKİN HÜCUM

0

Hollandiyada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld paytaxt Amsterdamda təkbaşına etdiyi etiraz aksiyasında Quranı yenidən cırıb.

Vaqensveld həmin görüntüləri sosial şəbəkədə paylaşıb.

Vaqensveld bu gün “Bir qrupu təhqir etdiyi” üçün dindirildiyi Hollandiya Prokurorluğuna ifadə verdiyini və fikrini ifadə etməyin ən yaxşı yolunun Quranı yenidən cırmaq olduğunu bildirib.

Qeyd edək ki, Vaqensveld yanvarın 22-də Hollandiya parlamentinin binası qarşısında, həmçinin fevralın 13-də Utrext şəhərində keçirdiyi nümayişdə Quranı cırmışdı

 

Teleqraf.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə səfiri İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb. Bu barədə səfir tviter hesabında yazıb....

Bağla