HÜDAYİ SÖHBƏTLƏRİ BAŞLAYIR

0

Maddi və mənəvi sıxıntı içində olduğumuz bu günlərdə Erkam radio ilə həftənin hər günü ailəvi dinləyə biləcəyimiz söhbət silsiləsi başlayır. Bazar ertəsi günü – martın 30-da başlayacaq söhbətlərə Bakı vaxtıyla hər gün axşam saat 18.00-də qulaq asa bilərsiniz.

Ölkəmizdə və dünyada davam edən epidemiya səbəbindən şəxsi və ictimai sağlamlığımızı qorumaq üçün qəbul edilən qaydalara riayət etmək, habelə dua edərək Allaha pənah aparmaq əsas öhdəliklərimizdəndir.

Belə günlərdə Erkam radionun başlatdığı silsilə “Hüdayi söhbətləri” ruhunuzu oxşayacaq, mənəvi resept effekti ilə dinləyicilərə müsbət əhval-ruhiyyə bəxş edəcək.

“Hüdayi söhbətləri”nin həftəlik proqramı belədir:

Bazar ertəsi – Osman Nuri TOPBAŞ

Çərşənbə axşamı – Abdullah SƏRT

Çərşənbə – Həsən Kamil YILMAZ

Cümə axşamı – Adəm ƏRGÜL

Cümə – Əlican TATLI

Şənbə – Əhməd Hamdi YILDIRIM

Bazar – Mustafa ERIŞ, Ömər ÇƏLİK, Süleyman DƏRİN, Əli NAMLI…

Söhbətlərə bazar ertəsindən bəri Bakı vaxtıyla hər gün saat 18.00-də buradan qulaq asa bilərsiniz.

Resim

Mənbə: İslamveihsan.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NAMAZ QILMAYAN AİLƏMİZƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIRIQ?

İslam dininə görə hər fərd öz elədiklərinə görə məsuliyyət daşıyır. Qurani-Kərimdə, “Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır...

Bağla