HULUSİ AKAR: “MƏHV EDİLƏN TERROÇU SAYI YÜZDƏN ÇOXDUR”

0

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Şimali İraqda separatçı terrorçulara qarşı keçirdiyi “Pençe-Kilit” hərbi əməliyyatında məhv edilən terrorçu sayı 100-dən çoxdur.

Bu barədə, hərbi əməliyyatların keçirildiyi bölgəyə səfər edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

“Xüsusi təyinatlılarımız bir qrup terrorçunu mağarada sıxışdırıb. Mehmetciyin “təslim olun” çağırışına terrorçuların atəş açaraq cavab verməsi nəticəsində hərbçilərimiz əməliyyat keçirib. Həmin əməliyyatla birlikdə pençe-kilit əməliyyatında məhv edilən terrorçu sayı yüzü ötüb. Şəhidlərimizin qanlarını və yaxınlarının göz yaşlarını yerdə qoymadıq.” – deyə Akar bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin 5 hərbçisi pençe-kilit əməliyyatında terrorçularla atışmada şəhid olublar.

Hadisədən sonra milli müdafiə naziri Hulusi Akar Baş qərargahın rəisi ordu generalı Yaşar Gülər, Quru qoşunlarının komandiri ordu generalı Musa Avsever və Hərbi hava qüvvələrinin komandiri ordu generalı Həsən Kiçikakyüzün müşayiəti ilə bölgəyə səfər edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN 5 HƏRBÇİSİ ANTİTERROR ƏMƏLİYYATINDA ŞƏHİD OLUB – FOTO

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Şimali İraqda separatçı terrorçulara qarşı keçirdiyi “Pençe-Kilit” hərbi əməliyyatında 5 hərbçi şəhid olub. Bu barədə Türkiyə...

Bağla