HULUSİ AKAR: “TÜRKİYƏ DOST VƏ QARDAŞ AZƏRBAYCANIN YANINDA OLACAQ”

0

Türkiyə hərbçiləri dünyanın bir sıra ölkələrində vicdanlı və ümumbəşəri prinsiplərlə, böyük səylə çalışaraq, insan haqları, regional səviyyədə sülhün yaranmasına mühüm töhfələr verib.

Türkiyə mətbuatının məlumatına görə, bu barədə Qətərdə səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Azərbaycan və Liviyada, eləcə də Somalidə, Kosovoda, Bosniya və Herseqovinada, həmçinin digər ölkələrdə öz tarixinə, mədəniyyətinə və əcdadlarına uyğun olaraq, vicdanlı və ümumbəşəri prinsiplər çərçivəsində böyük səylə çalışaraq, insan haqları, regional və dünya sülhünə mühüm töhfələr verib.

Hulusi Akar qeyd edib ki, Türkiyə bundan sonra da dost və qardaş ölkələrin yanında olmağa davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN TÜRKİYƏDƏN  TƏLİM TƏYYARƏSİ VƏ PUA-LI HÜCUM GƏMİSİ ALA BİLƏR

“Azərbaycan Türkiyənin “Hürkuş” (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır” “Hürriyet” xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri...

Bağla