“Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.
O bildirib ki, Azərbaycan 44 günlük müharibə ilə haqsız işğala son qoydu:
“Türkiyə minaların təmizlənməsi sahəsində və digər məsələlərdə Azərbaycana dəstək verir”.
Nazir, həmçinin söyləyib ki, Yunanıstan hələ də təxribatlarına davam edir:
“NATO Yunanıstanın şıltaqlığına son qoymalıdır. Gözləntimiz bəzi yunan siyasilərinin mövqelərini dəyişmələri və tarixdən dərs çıxarmalıdır. Biz Ege və Aralıq dənizlərinin dostluq dənizləri olmasını istəyirik”.