İƏT ƏMƏK MƏRKƏZİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ AÇIQLANIB

0

“İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin əsas fəaliyyət istiqamətləri əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi, əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasının təşviq edilməsi olacaq”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Əmək Mərkəzinin açılış sessiyası tədbirində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Mərkəz Bakıda DOST Mərkəzində fəaliyyət göstərəcək: “Hər bir dost ölkə Mərkəzə qoşula bilər. Hazırda 10 ölkə Mərkəzin nizamnaməsini imzalayıb, sabah isə 3 ölkə imzalayacaq. Mərkəz ingilis, ərəb, fransız dillərində fəaliyyət göstərəcək”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin açılış mərasimi keçirilir

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Əmək Mərkəzinin açılış sessiyası keçirilir. "Report" xəbər verir...

Bağla