İƏT-İN DƏSTƏYİ İLƏ BLOGERLƏR AĞDAMDA ERMƏNİ VƏHŞİLIYİNİ LENTƏ ALIBLAR

0

Ölkəmizdə səfərdə olan dünyanın 8 ölkəsindən olan blogerlər “Show me Azerbaijan” beynəlxalq blogerlər layihəsi çərçivəsində mayın 30-da işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Layihə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanı, onun maddi-tarixi və mədəni irsini, həmçinin Azərbaycanda mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq sosial şəbəkələrdə tərənnüm etməkdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UŞAQLARIN DİNİ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Bu bir həqiqətdir ki, inanma ehtiyacı uşağın əsas psixoloji ehtiyaclarından biridir. Uşaqlar zamanla özlərini dini hazırlıq və axtarış içərisində tapır....

Bağla