İƏT ÖLKƏLƏRİ AZƏRBAYCANA TƏŞƏKKÜR EDİB

0

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin V konfransı keçirilib.

Tədbirdə İƏT-in dördüncü konfransının sədri qismində iştirak edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov görülmüş işlər barədə hesabat verib, eyni zamanda bütün üzv ölkələrə və qurumlara bu dövrdə təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Nazir çıxışının sonunda konfransa sədrliyi Səudiyyə Ərəbistanı Krallığına təhvil verərək, bu ölkənin idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysalı bu münasibətlə təbrik edib, təşkilatın yeni nailiyyətlər qazanacağına inandığını bildirib.

Tədbirdə çıxış edən ölkələrin nümayəndələri konfransa sədrlik etdiyi dörd il (Azərbaycanın sədrliyi pandemiya səbəbindən 2 il yox, 4 il davam edib) ərzində göstərdiyi fəallığa görə Azərbaycana təşəkkür ediblər.

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN ENERJİ QURUMLARI NÖVBƏTİ GÖRÜŞLƏRƏ BAŞLAYIB

Azərbaycan-Türkiyə I Enerji Forumu çərçivəsində müəyyənləşmiş əməkdaşlıq əlaqələrinin davamı olaraq Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını...

Bağla