İƏT VƏ ƏRƏB TƏŞKİLATLARI İSVEÇDƏ QURANIN YANDIRILMASINI QƏTİYYƏTLƏ PİSLƏYİB

0

Bir sıra ərəb ölkələri və təşkilatları – Ərəb Dövlətləri Liqası, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ), İslam Əməkdaşlıq Təşkilatı, eləcə də dünyanın ən böyük İslam Universiteti “Əl-Əzhər” müsəlmanlar üçün müqəddəs Qurani Kərimin şənbə günü İsveçin paytaxtında yandırılmasını pisləyib.

Ərəb Liqasının parlamenti “beynəlxalq ictimaiyyəti məsuliyyəti öz üzərinə götürməyə və bütün bəşəri – əxlaqi dəyərlərə və prinsiplərə zidd olan, müsəlmanları təhrik edən, nifrət hisslərini qızışdıran və onlara qarşı yönəlmiş bu qəbuledilməz hərəkətləri qınamağa çağırıb”

“Əl-Əzhər” universiteti baş verənlərə görə İsveç hakimiyyətini günahlandırıb.

Bəhreyn, Misir, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin xarici işlər nazirlikləri də hadisəni pisləyib.

Qeyd edək ki, şənbə günü sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi yandırıb. Paludan çıxışında NATO, Türkiyə və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı tənqid edib, Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
20 YANVAR – ÜMUMXALQ HÜZN GÜNÜDÜR

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet...

Bağla