“İƏT XİN başçıları Avropada Qurani Kərimə hücumlarla bağlı qərar qəbul edəcək”

0

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin xarici işlər nazirləri Avropada Qurani Kərimə hücumlarla bağlı qərar qəbul edəcək”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə macarıstanlı həmkarı Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Avropada Qurani Kərimə hücumları qınadıqlarını bildirib: “Bu məsələ ilə bağlı islam ölkələri arasında ciddi müzakirələr gedir. İyulun 31-də İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasında da bu məsələ müzakirə ediləcək. Həmin toplantıda bəzi qərarlar qəbul edəcəyik”.

H.Fidan vurğulayıb ki, müəyyən qərarlar qəbul olunmasa, Avropada bu təxribatlar davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT-NİN İNSAN HAQLARI ŞURASI QURANA HÜCUMLARI PİSLƏYİB

Qurani-kərimə edilən hücumlar, Qərb ölkələrinin əleyhinə səs verməsinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 53-cü növbəti iclasında qınandı....

Bağla