Müdrik bir təbib olan İbni-Sinaya görə mənfi hisslər insanın səhhətinə və orqanlarına təsir edir. Müasir tibb elmi də bunu sübuta yetirib.
Məlumdur ki, bədən sağlamlığının yolu ruhun sağlamlığı ilə əlaqəlidir. İbni-Sina mənfi hissələrdən uzaq olmağı məsləhət görür.
İbni-Sina mənfi hisslərin hansı orqana zərər verəcəyini belə açıqlayır: hiddət hissi qara ciyəri yorur, kədər mədəyə zərər verir, stress isə ürəyə və beynə mənfi təsir edir.