Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin xüsusi xidmət orqanı Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə İbrahim Kalını təyin edib.
Bu barədə məlumat yayan Türkiyə Prezident Administrasiyası, İbrahim Kalının MİT başçısı olaraq təyin edildiyini bildirib.
Xatırladaq ki, İbrahim Kalın bundan əvvəl Türkiyə prezidentinin baş müşaviri vəzifəsində faliyyət göstərirdi.
İbrahim Kalın sosial şəbəkədəki şəxsi səhifəsində yeni vəzifəsinin icrası barədə, “Dayanmadan yola davam…” – deyə qeyd edib.