İCAZƏSİZ GÖTÜRDÜKLƏRİ ÇÖRƏYİN PULUNU VERİB HALALLIQ İSTƏDİLƏR

0

Türkiyə Biləcik vilayətinin Söyüd rayonunda qəribə bir hadisə baş verib. Məhəllədəki ərzaq mağazasının qarşısındakı şkafdan müxtəlif vaxtlarda icazəsiz çörək götürən tələbələr, daha sonra aldıqları çörəyin pulunu şkafa qoyaraq yazdıqları məktubla mağaza sahibindən halallıq istəyiblər.  

Mağazanın sahibi Osman Çiftçi çörək şkafından 5 lirə pul və

“Biz burada tələbəyik. Pulumuz olmayanda buradan iznsiz çörək götürdük. Haqqını halal et. Şkafı açıq qoyduğun üçün Allah razı olsun. Bu aldığımız beşinci çörəkdir. Pulunu buraya qoyduq.” yazılmış məktub tapdığını deyib.

Osman Çiftçi həmçinin, tələbələrin ehtiyac olanda çörək götürə bilmələri üçün şkafa, “Heç problem deyil. davam edin.” yazıb.

Çiftçi bu tələbələrə haqqını halal etdiyini deyib və atalarından da belə gördüyünü qeyd edib.

Buranı açdığım gündən bəri çörək şkafını heç qıfıllamadım. Rayonumuzda mağaza sahiblərinin əksəriyyəti belə edir (qıfıllamır). Ehtiyacı olan çəkinmədən götürsün. Biz osmanlının nəvələriyik və gördüklərimizi yaşadırıq.”deyə O. Çiftçi bildirib.

Mənbə: islamveihsan.com                                                      Hazırladı: Şirəli MƏMMƏDOV 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KREDİTLƏ BAZARLIQ OLARMI?

İslam ticarət fəlsəfəsinin özünəməxsus xüsusiyyətləri və əxlaqi cəhəti var. Onun spesifik cəhətlərindən biri də alış-verişdə faiz/ribanın qadağan edilmiş olmasıdır. Qurani-Kərimdə...

Bağla