İÇİMİZDƏKİ ZƏHƏR: QISQANCLIQ VƏ HƏSƏD

0

Dincliyin təməlini çürüdən, ictimai quruluşa zərər verən, əlaqələri, ünsiyyəti zədələyən xasiyyətlərin, pis duyğuların təməlində qısqanclıq və həsəd duyğusu vardır. Lakin  namus, mal, vətən kimi dəyərlərin qorunmasına xidmət edən qısqanclıq duyğusu normaldır. İnsanın yoldaşını, sevdiyini qısqanması normaldır; çünki bu qısqanclığın təməlində sevgi vardır. Lakin təməlində başqa duyğu və düşüncələr meydana gəlməyə başlarsa o zaman qısqanclıq, əlaqələri təməldən çürütməyə başlayar.

İnsanların din, namus, vətən ilə əlaqədar qısqanclıqlarını itirməsi, mənəvi bir yoxluğun meydana gəlişinin başlanğıcıdır. Ancaq bu cür yüksək dəyərlərin xaricində qalan qısqanclıqlar, içdən yanan bir atəş kimi sahibini hiyləgərcəsinə əridər. Qısqanclıq duyğusunun altında, adamın özünə etibarsızlığı, cəmiyyətə etibarsızlığı, laqeydlilik , etinasızlıq kimi hissləri yatar.

 Qısqanclıq edən insan, bu duyğunun özünü məhv edəcəyinin şüurunda belə olmadan, dostuna da düşməninə də gələn nemətlərdən narahatlıq keçirər. Qısqanclıq ilk olaraq qısqanana zərər verər. Qısqanılan adam bu duyğudan zərər görməz.

Mütəxəssislər, qısqanclığın hər insanda olan təbii bir romantik davranış olmasında həm fikirdirlər. Əhəmiyyətli olan bu romantik davranışı idarə altına ala bilmək və həddindən artığa qaçmamaqdır. Çünki həddindən artığa qaçan bir qısqanclıq, həyat keyfiyyətinə və adamın psixoloji quruluşuna zərər verici təsirlər doğuracaq. Bəzi görüşlərə görə qısqanclıq, bir etibarsızlığın əlaməti, yetkinləşməmiş, xam bir duyğu və ya ruhi bir pozuqluğun əlamətidir.

 Hz. Aişə (r.a) izah edir: “Rəsulullah (sas) bir gecə yanımdan çıxıb getmişdi. Xanımlarından birinin yanına getmiş ola bilər deyə içimə qısqanclıq düşdü. Geri gəlincə halımı anladı və: “Qısqandınmı yoxsa?” dedi. Mən də:

“Bəli! Mənim kimi biri sənin kimi birini qısqanmaz da nə edər?” dedim. Rəsulullah; “Sənə yenə şeytanın gəlib deyesen” dedi. Mən: “Mənimlə şeytanmı var?” dedim. “Şeytanı olmayan kimsə yoxdur” dedi. “Səninlə də varmı?” dedim. “Bəli, Ancaq ona qarşı Allah mənə köməkçi oldu. O  da müsəlman oldu!” buyurdu.” (Müslim, Münafiqin 70, (2815); Nəsəs(n)i, İşretünüsə 4, (7, 72))

Həsəd və qısqanc rəftarlı insanlar, psixoloji və fiziki cəhətdən yorğun olurlar. Çünki bu duyğular insanın enerjisini istehlak edər, qocaldar və ruhi xəstəliklərə səbəb olur. Həsəd və qısqanclıq duyğusu, insanda bir zəiflik əlamətidir. Bu zəifliyin təsirləri isə həyatının hər anında, həm özü üzərində əxlaq zəifliyi, iman və inanc zəifliyi şəklində, həm də ictimai təsir olaraq əxlaqsız davranışlar, cinayətlər və s. şəklində ortaya çıxar.

Hz. Mövlana Məsnəvidə qısqanclıq və həsəd haqqında belə yazmışdır:

“Yolda həsəd boğazına sarılmasın. Çünki şeytan həsəd üzündən reddolundu.” (Məsnəvi, I. 445)

Təsəvvüf mütəxəssisinə görə qısqanclıq və həsəd, pis və zərərli bir duyğu olduğu üçün haram hökmündədir. Cahilliklə və acgözlüklə bəslənər ki bu da daha çox tanış və qohumlar arasında olur.

Qısqanclığın və həsədin haram olmasının səbəbi; adamın, Allahın (c.c) insanlar arasında etdiyi paylaşmanı bəyənməmə, qəbul etməmə və hikmətini qavraya bilməməsidir. “Sizə bir pislik toxunsa, ondan ötrü sevinərlər” (Ali imran Surəsi/120) “Kitab sahiblərinin çoxu, gerçək özlərinə müəyyən olduqdan sonra, sırf içlərindəki həsədə görə sizi imanınızdan sonra küfrə çevirmək istəyərlər.” (Bəqərə, 109)

Allah (c.c), qısqanc insanın pisliklərindən çəkinilməsi lazım olduğunu Fələq Surəsi ilə bildirərək xəbərdar etmişdir. Çünki qısqanclıq və həsəd, insanı mütləq bir əxlaqsızlığa salar. “De ki; ‘Səhərin Rəbbinə sığınaram. Yaratdığı şeylərin şərindən, qaranlıq çökdüyü zaman gecənin şərindən, düyünlərə üfürən qadınların şərindən, həsəd etdiyi zaman həsəd aparanın şərindən.” 

Gülnarə Seyidova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NUR SAÇAN EVLƏR

Quran əsaslı bir inanca sahib insanların həyata baxışları və şərhləri də, əlbəttə, bu istiqamətdə olacaq. Bu baxış hər mövzuda insanın...

Bağla