İÇKİNİN SAĞLAMLIĞA ZƏRƏRLƏRİ NƏLƏRDİR?

0

İçkinin mənəvi zərərləri qədər maddi zərərləri də çoxdur. Dünya səhiyyə təşkilatının 30 ölkədə keçirdiyi sorğuya görə;

  • Cinayətlərin 85%i;
  • Təcavüzlərin 50% i;
  • Şiddət göstərmənin 50%i;
  • Yoldaşını döyənlərin 70%i;
  • İşə getməyənlərin 60%i;
  • Ruhi xəstəlik hallarının da 40-50%i içkidən qaynaqlanır.

İçki aludətiçisi olanlardan doğulan uşaqlarda ruhi xəstəliklər 90% ola bilir. İçki aludətiçısı bir qadının qüsurlu uşağa sahip olma riski 35% daha yüksəkdir. Çünki içki, ana bətnindəki böyüməyə və doğum sonrası inkişafa əngəl yaradır, uşaqda əqli geriliyə, boy qısalığına və davranış pozğunluqlarına səbəb olur. İçki vərdişi olan insanların uşaqları, daimi çəkişmə və şiddət dolu bir ailə şəritində yaşadıqlarından onlarda ruhi çöküntü və davranış pozğunluqlarının görülmə riski çox yüksəkdir. Beləliklə, bu uşaqların çoxu məktəb və gündəlik həyatlarında da çox vaxt uğursuz olurlar.

Bunu da unutmaq olmaz ki, İslam hər qadağanın qanuni əsaslarla alternativini, yəni daha yaxşı və təmiz olanını göstərir. Bu səbəblə, bu cür aldadıcı həvəslərin ardıyca düşərək, Allahın halal buyurduqlarından uzaq qalmağa heç gərək yoxdur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞEYXÜLİSLAM 2021-CI İLİN BÜTÜN DÜNYADA ƏMİN-AMANLIQ, SABİTLİK VƏ RİFAH İLİ OLMASI ÜÇÜN DUALAR EDİB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin vebinar iclasında iştirak edib. QMİ-nin Mətbuat Xidmətindən verilən...

Bağla