İKİ BAYRAM ARASINDA TOY ELƏMƏK MÜMKÜNDÜRMÜ?

0

Bəzi müsəlman cəmiyyətlərdə Ramazan və Qurban bayramları qəsd edilərək “iki bayram arasında toy olmaz, nikah kəsilməz” deyilməkdədir. Dini baxımdan bu fikri dəstəkləyəcək heç bir məlumat yoxdur.

Peyğəmbərimiz Hz. Muhamməd (ﷺ) ilə möminlərin anası Hz. Aişə (ra) iki bayram arasında olan şəvval ayında ailə həyatı qurublar. (Müslim, Nikah, 73)

Şərtlərvə imkanlar uyğun olduğu vaxt ilin bütün günlərində və günün bütün saatlarında toy edilə bilər, nikah kəsilə bilər.

Yəni nikah üçün müəyyən bir vaxt yoxdur. Bu səbəblə də iki bayram arasında toy etmək və nikah kəsdirmək dini baxımdan problem deyil.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDİ-ƏQSA NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR?

Məscidi-əqsa üç səmavi dinin mənsubları olan yəhudilər, xristianlar və müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən və peyğəmbərlər diyarı olan Qüds...

Bağla