İKİ DOST VELOSİPEDLƏ HƏCCƏ GEDİR

0

Makedoniyadan olan iki dost Sənad İdrisi və Amir Aslani Həcc vəzifəsini yerinə yetirmək üçün velosipedlə yola çıxıb. Albaniyadan və Yunanıstandan keçən dostlar artıq Türkiyəyə çatıblar. Bütün səyahətlərini kamera ilə lentə alan dostlar bunu gözəl bir xatirə kimi gələcək nəsillərə ötürməyi planlaşdırırlar.

Vəkil və peşəkar alpinist olduğunu deyən Sənad İdrisi, dostu Amir Aslaninin də din xadimi olduğunu bildirib.

“Albaniyadan, sonra da Yunanıstandan keçib Türkiyəyə gəldik. Həzrəti Muhammədin(SAV), onun əshabının və keçmişdəki müsəlmanların piyada Həccə getməsi kimi biz də bu ziyarətimizi velosipedlə həyata keçirəcəyik. Peyğəmbərimizin piyada Həcc ziyarətinə getdiyini düşünmək bizə güc verir.” – deyə İdrisi Türkiyədə jurnalistlərə bildirib.

3 qitədən və 6 ölkədən keçərək Məkkəyə çatmaq istədiklərini deyən dostlar, məqsədlərinin Həccdə bütün müsəlmanlara dua etmək olduğunu vurğulayıblar.

ŞİRƏLİ MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏZRƏT PEYĞƏMBƏRİN GƏNCLƏRİ YETIŞDİRMƏ METODU NECƏ İDİ?

Günümüzdə ən çox diqqətə və qayğıya möhtac olan qrupların başında gələn hər cəmiyyətin gələcəyinin qurucuları və qoruyucuları qəbul edilən gənc...

Bağla