İKİ MADDƏDƏ ƏSL MÜSƏLMANIN TƏRİFİ

0

Müsəlman, dilindən və əlindən insanların əmin olduğu kimsədir. (Əsl) mühacir də Allahın yasaqladıqlarını tərk edəndir (Buxari, İman 4, 5).

Kamil möminin kim olduğunu bizə göstərən hədisi-şəriflərin sayı olduqca çoxdur. Peyğəmbərimizin (s.ə.s) bu hədisi də bizə əsl müsəlmanın kim olduğunu tanıdır.

İnsanların sənin əlindən və dilindən əmin olduğu kimsə olmaq, elə asan bir şey deyil. Qəbul etmək lazımdır ki, insan istəsə də hər zaman faydalı ola bilməz. Amma insanlara zərər verməməyi bacara bilər.

Hədisdə əvvəl dilindən əmin olmaq ifadəsinin işlənməsi, layiqsiz sözlər –  təhqir, qiybət, böhtan və s. dil vasitəsi ilə verilən zərərlərin daha çox olduğu üçündür. Elə insanlar var ki, həm yaxşılıq edər, həm də yaxşılıq etdikləri kəslərin arxasıyca danışaraq onları incidərlər.

Ona görə də dilindən, sonra da əlindən müsəlmanların əmin olduğu müsəlman olmaq böyük xoşbəxtlikdir.

“Dilinə hakim olan kimsənin qurtuluduğu (bax. Tirmizi, Qiyamət 50), Allaha və axirət gününə iman edənlər ya xeyirli söz söyləsin ya da sussun” hədisini Peyğəmbər əfəndimiz müsəlmanlara tövsiyə etmişdir (Buxari, Ədəb 31).

“Əl” isə burada fiziki gücə işarə edir. Əlini işlətmədən də kimsəni fiziki olaraq incitmək olur. Əl insanın gücünü təmsil etdiyinə görə bu cür deyilir.

Bu hədisdən də görürük ki, İslam dini hər zaman müsəlmanların haqlarına və müqəddəs dəyərlərinə hörmət göstərməyi öndə tutur. Əsl mühacir Allahın qoyduğu qadağalardan uzaq duran, onlara yaxınlaşmayan kimsədir.

Riyazüs Salihin, Erkam Yayınları

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
LƏDUNİ ELM NƏDİR?

İslam alimlərinin bir qismi islami elmləri zahiri və batini elmlər olmaq üzrə iki hissəyə ayırmışlar. Fiqh, təfsir, hədis, kəlam kimi...

Bağla