İKİ VAXT NAMAZI CAMAATLA QILMAĞIN FƏZİLƏTİ NƏDİR?

0

Hz. Osman (r.a) bir gün işa namazını qılmaq üçün məscidə gəldi. Namaz vaxtının girməsinə az vaxt qaldığı və camaatın da hələ tam gəlmədiyi üçün məscidin kənarında yerə uzandı. Camaatın gəlməyini gözləyirdi. O anda İbn Amrə onun yanına gəlib yerə oturdu. Osman (r.a) ondan kim olduğunu soruşdu. O, da özünü tanıtdı.

Osman (r.a):

  • “Quran-Kərimin nə qədərini bilirsən?” deyə soruşdu. O da cavab verdi.

Daha sonra Osman (r.a) belə dedi:

  • “Ey qardaşım oğlu! Allah Rəsulunu belə buyurarkən eşitdim:

İşa namazını camaatla qılan kimsə, gecənin yarsını namaz qılmış kimidir. Sübh namazını camaatla qılan kimsə isə bütün gecəni namaz qılmış sayılır” (Müslim, Məsacid 260).

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNANIRSINIZSA ÜSTÜNSÜNÜZ

Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz!”[1] Bu ayənin səbəbi-nüzuluna baxdıqda görürük ki,...

Bağla