İLAHİ KİTABLAR HANSILARDIR?

0

Tövrat Hz. Musa (ə)

İsrailoğullarına (Yəhudilər) İbrani dilində göndərilmişdir. Əhdi-Ətiq, Əhdi-Qədim (Hər ikisi də köhnə anlaşma mənasına gəlir) deyə də adlandırılır. “İçində hidayət və nur olan Tövratı, əlbəttə, biz endirdik”. 5 / Maidə Surəsi 44

İncil Hz. İsa (ə)

İsrailoğullarına Arami dilində göndərilmişdir. Əhdi-Cədid (yeni anlaşma) deyə də adlandırılır. “Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəl gələn Tövratı təsdiqləyici olaraq göndərdik. Ona, içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, Allaha qarşı gəlməkdən çəkinənlər üçün doğru yolu göstərən və öyüd-nəsihət verən İncili verdik”. 5 / Maidə Surəsi 46

Zəbur Hz. Davud (ə)

İsrailoğullarına İbrani dilində göndərilmişdir. Məzmurlar (melodiya ilə oxunan söz) diyə də adlandırılır. “Rəbbin göylərdə və yerdə olanların hamısını daha yaxşı bilir. And olsun ki, peyğəmbərlərin bir qismini digərlərindən üstün etdik. Davuda da Zəburu verdik”. 17 / İsra Surəsi 55

Qurani-Kərim Hz. Muhamməd (s.ə.s)

Bütün insanlığa Ərəb dilində göndərilmişdir. Kitab, Zikr (xatırlatma), Furqan (haqqı batildən ayıran ölçü), Hüda (rəhbər, bələdçi) deyə də adlandırılır. “Şübhəsiz ki, bu Quran ən doğru yola yönəldir; yaxşı işlər görən möminlərə, özləri üçün böyük bir mükafat olacağını müjdə verir”. 17 / İsra Surəsi 9   

7/24 Elmihal Kitabı (İpəkyolu Nəşriyyatı)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad...

Bağla