İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək

0

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli Qeyri-Hökumət (QHT) Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və digər ictimaiyyət nümayəndələri qatılacaq.

Sözügedən aksiya Aşura mərasimlərinin İslam dininin mahiyyətinə və xalqın yüksək mədəniyyətinə uyğun şəkildə keçirilməsini, insanlar arasında həmrəyliyin aşılanmasını, yardımlaşmanın önəmini təşviq etmək məqsədilə keçirilir və tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qurumdan bildirilib ki, Aşura mərasimləri zamanı bədənə xəsarət yetirmək, qan çıxarmaq və digər xurafat meyilləri İslam dininə görə yolverilməzdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN VƏ DQİDK MƏHƏRRƏMLİKLƏ BAĞLI VƏTƏNDAŞLARA MÜRACİƏT EDİB

Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciət edib....

Bağla