İLAHIYYAT İNSTİTUTUNDA QMİ-NİN SƏDR MÜAVİNİ QƏMƏR CAVADLININ TƏQDİMATINDA SEMİNAR KEÇİRİLİB

0

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlının təqdimatında “Bioetika və din” mövzusunda seminar təşkil olunub.

Seminarda çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, mövzu barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Qəmər xanım Cavadlının bu mövzuda qələmə aldığı “İslam və bioetika” kitabı xüsusi əhəmiyyət kəsb edir. Q.Cavadlının geniş araşdırmalar sayəsində ərsəyə gətirdiyi bu elmi əsər dinin bioetika problemlərinə münasibətini tarixi, fəlsəfi və ictimai aspektlərdən tədqiq edir. C.Məmmədov daha sonra vurğulayıb ki, belə tədbirlərin keçirilməsi gənclərimizin maariflənməsi və biliklərinin artırılması baxımından xüsusi önəm daşıyır.

QMİ sədrinin müavini Qəmər Cavadlı “Bioetika və din” mövzusunda ətraflı çıxış edib. Bildirib ki, bioetikaya olan maraq, hər şeydən əvvəl, müasir cəmiyyətdə yeni texnologiyaların və tibbi vasitələrin insanlar üzərində sınaqdan keçirilməsinə yönəlik qlobal ictimai marağın göstəricisidir. Bioetikanın fəlsəfi fikrin yeni başlanğıc nöqtəsini təşkil etdiyini vurğulayan Q.Cavadlı onun formalaşması və inkişafının, ümumilikdə, ənənəvi etika ilə tibbi etikanın transformasiyası ilə bağlı olduğunu qeyd edib.

Sədr müavini bioetikaya olan marağın ciddi hüquqi və mənəvi tənzimlənmə tələb edən bir sıra problemləri gündəmə gətirdiyini, eləcə də dini dünyagörüşü və milli-mənəvi mentaliteti özündə ehtiva etdiyini, müxtəlif dinlərdə bu məsələyə fərqli baxışların olduğunu bildirib.

Cavadlı məruzəsində qloballaşan dünyada elm və din arasında tarazlığın yaradılması, tibbi-bioloji nailiyyətlərin fövqündə dini mentalitetin və əxlaqın qorunub saxlanılması problemlərinə də münasibət bildirib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ ORDUSUNA HÜCUM – ÇOX SAYDA ŞƏHİD VAR

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın İdlib şəhərindəki hərbçiləri, Rusiyanın dəstək verdiyi Əsəd qüvvələrinin hücumuna məruz qalıb. İslamveirfan.com-un yerli mətbuata istinadən...

Bağla