“İLHAM ƏLİYEV ERMƏNİSTANA SÜLH ƏLİNİ UZATDI, XOŞNİYYƏTLİ OLDUĞUNU GÖSTƏRDİ” – FOTO

0

“Hazırda Qarabağda atəşkəs yaranıb. Rusiya sülhməramlıları meydandadır. Birgə Monitorinq Mərkəzi qurulur. Məqsəd davamlı sülh və sabitliyə nail olmaqdır”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.

“Altılıq formatında bütün imkanlarımızı səfərbər etməyimiz lazımdır. Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik”, – o deyib.

M.Çavuşoğlu fəaliyyətlərini Azərbaycanla əlaqələndirəcəklərini də vurğulayıb: “Biz elə bir nəticə görmək istəyirik ki, orada sülh yaratmağımıza, monitorinq mərkəzi formalaşdırmağımıza ehtiyac qalmasın”.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, dans eden insanlar, takım elbise ve açık hava

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YANVARIN 1-DƏ TÜRKİYƏDƏ CÜMƏ NAMAZI QILINACAQMI?

Qlobal pandemiya səbəbindən Türkiyədə hökumət yeni ilöncəsində bəzi məhdudiyətlər barədə qərar qəbul edib. Bu məhdudiyyətlər çərçivəsində yeni ilin ilk 4...

Bağla