İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb. Prezident İlham Əliyev İsrail-Fələstin münaqişəsi barədə suala belə cavab verib:
“Mən bir neçə dəfə öz mövqeyimi bildirmişəm ki, bu münaqişə ən qısa zamanda dayandırılmalıdır, ona son qoyulmalıdır. Biz uzun illər ərzində siyasi və iqtisadi baxımdan Fələstinə dəstək göstərmişik. Biz onların müstəqil dövlət qurmaq arzusunu hər zaman dəstəkləmişik. Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur: Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı olmalıdır…”