İLHAM ƏLİYEVLƏ ƏRDOĞAN ARASINDA TELEFON DANIŞIĞI OLUB

0

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

R.T.Ərdoğan Azərbaycanın haqlı davasında böyük mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin bölgədə sülh və sabitlik üçün yeni imkanlar yaratdığını deyib. O, yeni dönəmdə Türkiyənin Azərbaycana bütün sahələrdə töhfə və dəstək verəcəyini vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa və yenidənqurma işlərinin başlamasından məmnunluq hissi duyduğunu söyləyib.

 
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DEVLET BAHÇELİ: “ÜLKÜ OCAQLARI ŞUŞADA ORTA MƏKTƏB TİKƏCƏK”

Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində ibtidai məktəb inşa etməyi planlaşdırır. Partiya sədri...

Bağla