Səudiyyə Ərəbistanında yerləşən Məscidi-Haramda kovid-19 pandemiyasına qarşı bütün tədbirlər görülərək ramazan ayının ilk təravih namazı qılınıb. İslamveirfan.com xəbər verir ki, tədir çərçivəsində ramazan ayına aid kütləvi ibadətdə məhdud sayda insan iştirak edib.
Namazda iştirak edənlər Məscidi-Haramın əməkdaşları ilə Kəbədə dezinfeksiya işləri ilə məşğul olan işçilər olub.
Paralel olaraq Mədinə şəhərindəki Məscidi-Nəbəvidə də məhdud sayda insanın iştirakı ilə təravih namazı qılınıb.
Qeyd edək ki, kovid-19 pandemiyasına qarşı tədbirlər çərçivəsində Məscidi-Haram və Məscidi-Nəbəvidə kütləvi ibadətlər, həmçinin ümrə ziyarətləri yasaqlanıb.
Hazırda Səudiyyə Ərəbistanında 13 930 nəfər kovid-19 virusuna yoluxub, onlardan 121 nəfər dünyasını dəyişib.