Fransada imamlıq (Müsəlman din xadimi) Fransa Məşğulluq Agentliyinin peşələr siyahısına əlavə edilərək peşə kimi tanınıb.
Fransanın daxili işlər naziri Bruno Retaillo Fransa İslam Forumunun (FORIF) 2-ci sessiyasının bağlanışında çıxış edib.
Dövlətin dini qurumlara qarışmamalı olduğunu, dəstək verə biləcəyini bildirən Retailleau, imamlıq peşəsinin Fransa Məşğulluq Agentliyinin rəsmi peşələr siyahısına əlavə edildiyini qeyd edib.
Retailleau imamlıq peşəsinin Fransada ilk dəfə tam şəkildə tanınması səbəbindən bu addımın son dərəcə əhəmiyyətli olduğunu bildirib, imamlar üçün rəsmi iş təsviri və əmək müqaviləsinin yaradıldığını açıqlayıb.
Nazir Retailleau ötən il ölkədə müsəlmanlara qarşı 173 hücum olduğunu bildirərək, qurbanların hamısının şikayət etmədiyi üçün bu rəqəmin əslində daha çox ola biləcəyini vurğulayıb.
Retailleau qeyd edib ki, bu cinayətlərlə mübarizə üçün anti-müsəlman əhval-ruhiyyəsi ilə bağlı yeni şikayət platforması işə salacaqlar, xəstəxanalarda və orduda xidmət edən müsəlman dini məmurlar artıq rəsmi olaraq dövlət xidmətinin bir hissəsi kimi tanınacaqlar.