İMAM MƏSCİDDƏ SOSİAL MARKET AÇDI

0

Bütün dünyanın kovid-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda əksər ölkələrdə müsəlmanların başlatdığı xeyriyyəçilik səfərbərliyi də davam edir. Bunun bir nümunəsi də Türkiyə Manisa vilayətinin Şahzadələr rayonundakı məscidlərdən birində baş verir. Rayon ərazisindəki “Həzrəti Həmzə” məscidinin imamı Fatih Söyləməz, hələlik ibadət edilməyən məscidin bir hissəsində social market açıb.

Bu market imkanlı şəxslərin ianələri və ya verdikləri ərzaq hesabına fəaliyyət göstərir. Ehtiyacı olanlar isə bu “marketə” gedərək ehtiyacları qədər ərzaq götürə bilirlər. Faith Söyləməz, insanların bu təşəbbüsə müsbət reaksiya verdiklərini, yardım fəaliyyətini getdikcə böyüdəcəklərini deyib.

Qeyd edək ki, Azərbaycandakı məscidlərin din xədimləri, habelə bəzi QHT-lər və xüsusi təşəbbüs sahibləri də imkanlı şəxslərin verdiyi ianələri və ərzaq məhsullarını könüllü olaraq ehtiyac sahiblərinə çatdırırlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
VİRUS SƏBƏBİNDƏN HİNDİSTANDA MÜSƏLMANLARA TƏZYİQLƏR ARTIB

Hindistanda səbəbsiz yerə hücumlara və təzyiqlərə məruz qalan müsəlmanların vəziyyəti, koronovirus pandemiyasından sonra daha da çətinləşib. Yeni Dehli şəhərində yaşayan...

Bağla