İslam və iman dəyərlərinin müxtəlif səviyyələri var. Bəziləri minimum səviyyədə vəzifələrini yerinə yetirməyə çalışır, digərləri isə səmimiyyət, sevgi və həyəcanla ən yaxşı şəkildə yerinə yetirməyə çalışır. Əsl möminlərin həyəcanı əsasən Allah və Onun Rəsuluna (s.a.s) olan sevgilərindən qaynaqlanır. Rəsulullah (s.a.v.) kiçik bir şey istədikdə belə, səhabələr “Ya Rəsulullah! anam, atam və həyatım sənin uğrunda fəda olsun” deyə cavab verirdilər. Bu sevgi Allahın da istədiyi şeydir (Tövbə, 9:24).
İmanın sevincini yaşamaq üçün;
Allaha və Onun Rəsuluna (s.a.s) sevgi duyan möminlər, onlarla bağlı olan şeyləri də sevər. İnsan ürəyində bir sevgi hiss etdikdə, sevgisi uğrunda işlər görmək daha asan olur. Allahın və Onun Rəsulunun razılığını qazanmaq üçün etdiyimiz yaxşı əməllər zövqə çevrilir və sevgi ilə həyata keçirilir. O möminlər ki, imanın sevincini yaşayır, onları Allahdan və Onun Rəsulundan uzaqlaşdıracaq hər şeyi alovlu və ağrılı hesab edirlər. Onlar bilirlər ki, iman Cənnətə, inkar isə Cəhənnəmə aparır. Onlar bütün səylərini günahlardan və qəflətdən uzaq durmaq üçün sərf edirlər.
Möminlər Allaha və Onun Rəsuluna (s.a.s) yaxınlaşdıran əməllərə möhkəm sarılırlar. Onlar ibadətlərinə diqqətli olurlar, beş vaxt namazı və orucu həyəcanla yerinə yetirirlər. Xüsusilə, nəfsimizə çətin gələn zəkatı böyük əhəmiyyət verərək və yoxsullara təşəkkür edərək ödəyirlər. “La ilahe illallah” deməklə imanınızı yeniləyin və gücləndirin” (Buxari, Elm, 33) deyən Peyğəmbər aleyhissalam əfəndimizə uyarlar.
Möminlər günahlardan çəkinməlidirlər. Allah günahlardan çəkinən möminlərin qəlblərini elə bir imanla mükafatlandırır ki, bu iman dünya üzərində yaşadıqları zaman qəlblərində hiss etdikləri ləzzəti yaşadır. Hədisdə belə buyurulur; “Kim gözəl bir qadını görüb gözlərini çevirərsə, Allah ona qəlbində hiss edəcəyi bir ibadət ləzzəti ilə mükafatlandırar” (Əhməd, V, 264). Müminlər məcburi ibadətlərdən əlavə, nafilə ibadətlər, Allah yolunda xidmət və Onun adlarını zikr etməklə imanlarını yeniləməli və gücləndirməlidirlər.
Möminlər sevgi, itaət və təslimiyyət əhli olmalıdır. Bu üç xüsusiyyət İslamın təməl prinsiplərindəndir. Allahın Rəsulu (s.a.v.) belə demişdir: “Kimdə bu üç xüsusiyyət varsa, iman sevincini yaşamış olur: haqlı olsa belə mübahisədən qaçmaq, zarafat olsa belə yalan danışmamaq, Allahın təqdir etdiyi şeylərin baş verəcəyini bilmək.” (Əhməd, V, 317).
Bu cür möminlər İslam və imanın sevincini ürəklərində hiss edənlərdir. Onların ürəkləri doymuş və imanları güclənmişdir. Xeyir əməllərindən böyük zövq və ləzzət alırlar. Onlar Allaha və Onun Rəsulunun (s.a.s) bütün əmrlərini sevgi ilə yerinə yetirirlər. İslam uğrunda çətinliklərdən çəkinmirlər. Allahın və Onun Rəsulunun razılığını hər şeydən üstün tuturlar. Onlar dinlərini dünyəvi mənfəətlərə dəyişmirlər və əvvəlcə axirəti düşünürlər.
Rəşad Manafov