İMRAN XAN İƏT-Ə İSLAMAFOBİYA İLƏ MÜBARİZƏ APARMAĞI TƏKLİF EDİB

0

Pakistanın baş naziri İmran Xan, islamafobiya ilə qətiyyətlə mübarizə aparması üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) müraciət edib.

Pakistanın paytaxtı İslamabadda İƏT-ə üzv ölkələrin səfirləri ilə görüşən İmran Xan, İslam peyğəmbərinin (ﷺ) təhqir olunmasının 1.5 milyardlıq İslam dünyasını narahat etdiyini deyib. Xan həmçinin, bunun söz azadlığı olmadığını Qərb ölkələrinə başa sala bilmədiyini vurğulayıb.

Dünyada nə vaxt terror aktı törədilsə Qərb ölkələrinin bütün İslam dünyasını töhmət altında qoyduğunu deyən baş nazir, fərdi fəaliyyətlərin bütün müsəlmanların üstünə yıxılmasının doğru olmadığını bildirib.   

İslamın və müsəlmanların törədilmiş bütün terror hadisələrini pislədiyini deyən İmran Xan, İslamın terrorla eyniləşdirilməsinin böyük ədalətsizlik olduğunu qeyd edib.

İslamın “radikallıq və terrorla” əlaqələndirilməsi və islamafobiyaya qarşı qətiyyətlə mübarizə edilməsi üçün İƏT-ə çağırış edən Xan, beynəlxalq ictimaiyyətin, müsəlmanların Hz. Muhammədə (ﷺ) və Qurani-Kərimə hiss etdikləri sevgilərini başa düşməyi üçün təşkilata birlikdə fəaliyyət göstərməyi təklif edib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ZİYALILARIMIZ YÜKSƏK SƏVİYYƏDƏ ÖZ DİNİMİZƏ SAHİB ÇIXMALIDIR”

“Azərbaycanda dini dərindən bilən çox sayda din xadimi var”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib....

Bağla