İMRAN XAN, İSLAM PEYĞƏMBƏRİNƏ DƏSTƏYİNƏ GÖRƏ PUTİNƏ TƏŞƏKKÜR EDİB

0

Pakistanın baş naziri İmran Xan, Həzrəti Muhammədə (ﷺ) dəstək verən Rusiya federasiyasının prezidenti Vladimir Putinə təşəkkür edib.

İmran Xan sosial şəbəkədəki şəxsi səhifəsində Putinin “Həzrəti Muhammədi (ﷺ) təhqir etmək yaradıcılıq azadlığı deyildir” sözlərini məmnuniyyətlə qarşıladığını bildirib.

“Rusiya federasiyasının prezidenti Vladimir Putinin, Həzrəti Muhammədi (ﷺ) təhqir etməyin fikir azadlığı olmaması barədə fikirlərimi təsdiq edən sözlərini məmnuniyyətlə qarşılayıram.” – deyə İnran Xan tviter səhifəsində qeyd edib.   

Xatırladaq ki, Rusiya federasiyasının prezidenti Vladimir Putin bir gün əvvəl jurnalistlərlə görüşündə, Həzrəti Muhammədi (ﷺ) təhqir etmənin yaradıcılıq azadlığı olmadığını demişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİND RAHİBLƏR MÜSƏLMANLARA QARŞI SOYQIRIMI ÇAĞIRIŞI EDİBLƏR

Hindistanın baş naziri Modinin sədri olduğu BJP partiyasından olan deputatların da iştirak etdiyi tədbirdə hind rahiblər, müsəlmanlara qarşı soyqırımı çağırışı...

Bağla