İNADKAR UŞAQLARLA NECƏ DAVRANMALIYIQ?

0

İnad etmək hər yaşdakı uşaqlarda görülən bir davaranışdır. Müstəqil bir fərd olduqlarının fərqinə varmağa başlamaları və dünyanı kəşf etmə maraqları inad etmə prosesinə şərait yaradır. Uşaqlar valideynləri və ətraflarındakı insanlarla hər zaman və hər mövzuda münaqişə edə bilərlər. Uşaqların inad etdikləri proses müddətində fikir dəyişdirdiklərinin şahidi ola bilərsiniz. Bəzən nəyi istəyib,  nəyi istəmədiyini belə anlaya bilməzsiniz. Məsələn, uşağınız acmışdır, ancaq evdəki yeməyi yeməmək üçün əlindən gələni edir. Mən dönər yemək istəyirəm deyir və siz onu ən yaxın bir dönərçiyə aparırısız. Bu zaman da “Mən bundan istəməmişdim. O birisindən al!” deyib inad edir. Siz başqasından alırsız yenə də razı düşmür və bu inadlaşma prosesi ikinizdən birinin məğlubiyyəti ilə yekunlaşır.

Uşağınızın inad etmə dövrlərində hər iki tərəfin də məqsədlərini açıq bir şəkildə ortaya qoymağa çalışın. Sizin məqsədləriniz çox müxtəlif ola bilər; ona yemək yedirmək, bir oyuncağının qarşısından uzaqlaşdırmaq və ya onu yatdırmaq kimi. Onun isə bir tək məqsədi vardır, o da sizin dediyinizin əksini etmək. Ancaq bu şəkildə sizə özünün müstəqil bir şəxsiyyət olduğunu və öz tərcihlərini özünün edə biləcəyini sübut etməyə çalışacaqdır. Bir çox valideyn bunun fərqində olmadığı üçün uşaqları ilə lazımsız yerə münaqişə edir və həm özlərini həm də uşaqlarını yorar. Daha da pisi isə bəzi uşaqlar bunu adət halına gətirir, sonrakı yaşlarda da sərgiləməyə başıyır və valideyinlər çıxış yolu üçün şiddətə baş vurur. Qısacası, kiçik yaşlarda başlayan və uşaqların inkişafında normal sayılan inad etmə hadisəsi valideyn və uşaq arasındakı ünsiyyət qopuqluğunun başlanğıc nöqtəsi olub qısa müddətdə öz həllini tapa bilər.    

Bunun üçün sizinlə inad edən uşaqla mübahisə etdiyiniz zaman diqqət edəcəyiniz xüsusları bu şəkildə sıralaya bilərik:

  1. Hər şeydən əvvəl soyuqqanlığınızı qorumağa çalışın. Dərindən nəfəs alın və ürəyinizdə “O sadəcə bir uşaqdır!” deyin. Hirsi münasibət göstərməyin və yumuşaq səs tonu ilə danışmağa diqqət edin. Əsla uğursuz olacağınızı ağlınıza belə gətirməyin.
  2. Hər ikiniz də bu mübarizədə qələbə qazana və məqsədinizə çata bilərsiniz. Ancaq bu mübarizədə əsas məqsəd ona kimin güclü, kimin gücsüz olduğunu sübut etmək deyil, o anda əldə edə bilməyəcəyi bir şeydən imtina etməyə razı salmaqdır.
  3. İstədiyi şeyi nə üçün etmədiyinizi ona sadə bir şəkildə açıqlayın və mütləq bu vəziyyətə görə nə qədər məyus oluduğunuzu bildirin. Onun istədiyi şeyi sizin də istədiyinizi, ancaq içərisində olduğunuz şərtlərin buna icazə vermədiyini söyləyin. Duyğularını paylaşdığınızı bilmək onu həm rahatladacaq, həm də sizi ona qarşı məhdudiyyətlər qoyan bir düşmən olaraq görməyinə mane olacaq.
  4. Ona qərarlı və tutarlı, eyni zamanda mütləq şəkildə nəvaziş göstərərək yaxınlaşın. Əvvəlcə “Xeyir!” dediyiniz şeyə sonradan “Bəli!” desəniz uşağınız bunu sizə qarşı hər zaman istifadə etməyə başlayacaqdır. Başqa zaman və vəziyyətlərdə də siz məğlub olana qədər mübarizəyə davam edəcəklər.
  5. Lazımi açıqlamaları edib məyus olduğunuzu söylədikdən və bu mövzuda qərarlılığınızı hiss etdirdikdən sonra ona zaman verin. Bir müddət sonra yenidən istədiyini əldə etmək movzusunda sizinlə inadlaşlamağa başlayarsa heç bir reaksiya verməyin. Bir neçə cəhddən sonra özü imtina edib geri çəkiləcək.
  6. Bütün cəhdlərə baxmayaraq uşağınız sizinlə inadlaşmağa davam edirsə, onun diqqətini istədiyi şeydən başqa bir nöqtəyə çəkməyə çalışın. Bu cizgi filmi, pişik, sevdiyi şirniyyat və ya oyun kimi bir şey ola bilər. Uşağınız sakitləşənə qədər diqqətini çəkəcək başqa alternativlərdən istifadə edə bilərsiz. Bu kiçik yaşalardakı uşaqlarda uşaqlarda daha çox keçərlidir. Ancaq məktəb yaşına qədər, hətta daha sonrasında belə bu metodun faydasını görə bilərsiniz.
  7. Uşağınıza variantlar təqdim edin; beləliklə onu müstəqil bir şəxsiyyət olaraq qəbul etdiyinizi, onun qərarlarına hörmətlə yanaşdığınızı düşünəcəkdir. Özü ilə əlaqəli qərarları verə bildiyini və onun seçiminə hörmət edildiyini düşünərək inadlaşmaqdan imtina edəcəkdir. Siz də uyğun variantlardan birini qəbul etdirtə bildiyiniz üçün özünüzü rahat hiss edəcəksiniz. Təklif etdiyiniz variantlar nə qədər az olarsa, uşağınızın qərar vermə müddəti də o qədər qısa olar. Variantların hər hansı birinin seçilməsi halında təsdiq etdiyiniz variant olmasına diqqət edin ki, yeni bir anlaşılmazlıq yaşamayasınız.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV SERGEY ŞOYQUNU QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. oxu.az

Bağla