İngilərənin xarici işlər naziri Dominik Raab, Çinin nəzarəti altında olan bölgələrdə Uyğur türklərinin vəziyyəti barədə açıqlama verib.
“Məlum olur ki, Çinin, Uyğurlara qarşı tətbiq etdiyi dəhşətli insan hüquqları pozuntusu davam edir. Bu səbəblə də Cenevrədə, 27 ölkə ilə birlikdə Uyğur etniklərə və Honq-Konqa təzyiq göstərməməsi üçün Çinə xəbərdarlıq etdik.” – deyə ingilis nazir bildirib.
Çinin İngiltərədəki səfiri Liu Xiaoming isə uyğurların firavan yaşadıqlarını, Çindəki digər etniklərlə eyni hüquqlara sahib olduqlarını deyib.
Qeyd edək ki, son illərdə Çinin Şərqi Türküstanda Uyğur türklərinə qarşı təzyiqləri və insan hüquqları pozuntuları beynəlxalq arenalarda tez-tez tənqid hədəfi olur.
Rəsmi Pekin isə heç vaxt bu iddiaları qəbul etmir.