İNGİLTƏRƏ MƏTBUATI İSLAMA QARŞI QƏRƏZ NÜÜMAYİŞ ETDİRİR

0

İngiltərə mətbuatı İslam dini barədə xəbərlərdə səhv məlumat, qərəzli xəbər və islamofobik ifadalərdən çox istifadə edir.

Bu barədə İngiltərə Müsəlman Şurasının (MCB) hazırladığı hesabatda məlumat paylaşılıb.

MCB-yə bağlı Mətbuat Təqib Mərkəzinin hazırladığı hesabatda 2018-ci ilin oktyabr ayı ilə 2019-cu ilin sentyabır ayı arasında 48 mindən çox məqalə və 5 500 TV xəbəri analiz edilib.

Hazırlanan hesabatın nəticələrinə görə İslam dini barədə məqalələrin 60%-ə yaxınının, televiziya xəbərlərinin isə 47%-nin müsəlmanlara qarşı qərəzli olduğu müəyyən edilib.

Hesabatda bildirilir ki, hər 5 məqalədən ən azı birində terror və radikallıq ifadələrinin qabardıldığı, bu cür başlıqlı xəbərlərlə müsəlmanlara qarşı qərəz nümayiş etdirildiyi bildirilib.

Hesabatda həmçinin müsəlmanları səhv tanıdan, onlara böhtan açan, daha sonra buna görə təzminat ödənən və ictimaiyyətdən üzr istəyən 10 xəbərə də yer  verilib.

The Spectator, Daily Mail Australia, Mail on Sunday, Christian Today və Jewish Chronicle qəxetlərinin xüsusilə müsəlmanlara qarşı düşməncə mövqe nümayiş etdirdiyi vurğulanəb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QARAHEYBƏT ŞƏHİDLƏRİ II ŞƏHİDLƏR XİYABANINDA DƏFN OLUNUB

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində...

Bağla