İNGİLTƏRƏDƏ BƏLƏDİYYƏ SƏDRİNİN TƏQDİMATINDA QURAN-KƏRİM OXUNDU

0

İngiltərənin paytaxtı Londonun Enfild rayonunun bələdiyyə sədrinin təqdimat mərasimində Qurani-Kərim oxunub.

Türkiyə əslli bələdiyyə sədri Sabri Özaydının təqdimat mərasimi hafiz Murat Kiçikin Quran tilavətindən sonra dualarla davam edib.

Özaydın çıxışında rayon sakinlərinə xidmət göstərəcəyinə söz verib.

“Enfild rayon sakinlərinə biliyim, coşğum, şəfqətim və cəmiyyətə sədaqətimlə ən yaxşı xidməti göstərəcəyimə söz verirəm. Cəmiyyətimizin bir həqiqəti olan müxtəliflikləri zənginlik kimi görərək rayonumuza xidmət etməyə davam edəcəyəm. Enfild rayonunda yaşamaqla fəxr edirəm.” – deyə Özaydın vurğulayıb.

Qeyd edək ki, əslən Türkiyənin Kahramanmaraş vilayətindən olan Sabri Özaydın, türklərin kompakt yaşadığı Enfilddə ikinci dəfədir bələdiyyə sədri seçilir.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİL POLİSİ MƏSCİDİ-ƏQSADA CÜMƏ NAMAZI QILANLARA HÜCUM EDİB

İsrail ilə Fələstin arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra rəsmi Tel-Əviv bu barədə açıqlama yayıb. Açıqlamanı verən İsrailin baş naziri...

Bağla