İNGİLTƏRƏDƏ MÜSƏLMAN ƏHALİNİN SAYI ÇOXALIB

0

Böyük Britaniyada (İngiltərə və Uels) ilk dəfə ölkə əhalisinin yarısından azı özünü xristian hesab edib.

Bu barədə İngilərə Milli Statistika Ofisinin (ONS) 2021-ci il ölkə əhalisinin sayımı nəticəsində hazırladığı hesabatda qeyd edilib.

Bu hesabatın nəticəsində məlum olub ki, ölkədə özünü xristian hesab edənlərin sayı 59.3% ikən, bu rəqəm 2021-ci ildə 46.2%-ə qədər geriləyib.

Bununla yanaşı heç bir dinin mənsubu olmadıqlarını deyənlərin nisbəti 25.2%-dən 37.2%-ə yüksəlib.

Bu hesabata görə ölkədə yaşayan müsəlmanların sayında da çoxalma qeydə alınıb. Belə ki, 2011-ci ildə özünü müsəlman hesab edənlərin 4.9% ikən, bu rəqəm 2021-ci ildə artaraq 6.5% olub.

Hesabatı dəyərləndirən York yepiskopu Stefan Kottrel, İngiltərədə insanların avtomatik olaraq xristian kimi qeydə alındığı dövrün artıq başa çatdığını deyib.

İngiltərə “Milli Sekulyar Cəmiyyəti”nin sədri Stefan Evans da, bu hesabata görə İngiltərənin artıq xristian ölkə olmadığını qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖTƏN GECƏ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və...

Bağla