“İNNƏ LİLLƏHİ VƏ İNNƏ İLEYHİ RACİUN” AYƏSİ BARƏDƏ HƏDİSLƏR

0

Rasulullah (ﷺ) səhabələri ilə birlikdə gedərkən ayaqqabısının bağı qırıldı. O (ﷺ) dərhal “İnnə Lilləhi və innə ileyhi raciun” ayəsini oxudu.

Səhabələr soruşdular: “Bu da müsibət sayılır?”

Rasulullah (ﷺ) cavab verdi: “Mömini kədərləndirən hər şey müsibətdir.” (İbnus-Sünni, Amelul-yevm vəl-leylə, s 313/353)

***

Evdə Rasulullahın (ﷺ) qəndili sönmüşdü. “İnnə Lilləhi və innə ileyhi raciun” ayəsini oxudu.

Yanında olanlar soruşdular: “Ya Rasulullah (ﷺ), bu da müsibətdir?”

Cavab verdi ki, “Bəli! Möminə əziyyət verən hər şey müsibətdir və əcir səbəbidir.” (Suyuti, əd-Dürrül-mənsur, 1380)

***

Rasulullah belə buyurmuşdur:

“Bir müsəlman hər hansı bir müsibətə düçar olar və uzun müddətdən sonra onu xatırlayıb yenidən, “İnnə Lilləhi və innə ileyhi raciun” – deyərsə Allah-Taala həmin vaxt onun əcrini yeniləyər, müsibətə düçar olduğu gündəki qədər ona yenidən savab ehsan edər.” (Əhməd, 1, 201; İbni Macə, Cənaiz, 55)

***

Rasulullah (ﷺ) buyurmuşdur:

“Üstündən çox vaxtkeçsə də qul bir nemət üçün şükr edərsə Allah-Taala ona yenidən savab verər. Üstündən çox vaxt keçməsinə baxmayaraq qul bir müsibət üçün “İnnə Lilləhi və innə ileyhi raciun” deyərsə Allah da yenidən ona əcir və savab ehsan edər.” (Hakîm ət-Tirmizî, Nəvâdiru’l-usûl, II, 203)

***

Said bin Müseyyəb (ra) məscidə getdi və camaatla namaza çatmadığını gördü. Bu səbəblə də elə bir, “İnnə Lilləhi və innə ileyhi raciun” dedi ki, səsi bayırdan da eşidildi. (Suyuti, əd-Dürrül-mənsur, 1, 381)

Yəni bu halı müsibət kimi qəbul emişdi.

Mənbə: https://www.islamveihsan.com/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İKİ MADDƏDƏ ƏSL MÜSƏLMANIN TƏRİFİ

Müsəlman, dilindən və əlindən insanların əmin olduğu kimsədir. (Əsl) mühacir də Allahın yasaqladıqlarını tərk edəndir (Buxari, İman 4, 5). Kamil...

Bağla